Puyol “Milan”la qarşılaşacaqları üçün məmnun olduğunu vurğulayıb
“Barselona”nın təcrübəli müdafiəçisi Karles Puyol Çempionlar Liqasının 1/8 final mərhələsində “Milan”la qarşılaşacaqları üçün məmnun olduğunu vurğulayıb. Püşkatma mərasimindən sonra açıqlama verən 34 yaşlı futbolçu, İtaliya klubundan heç də qorxmadıqlarını bildirib.

Katoloniya təmsilçisinin kapitanı “Milan” - “Barselona” oyununu belə şərh edib:

“Milan”la qarşılaşmağımız nə çox pis, nə də çox yaxşıdır. Amma bəzi digər rəqiblərlə baxanda, biz onları daha çox yaxından tanıyırıq. “San-Siro” stadionunda oynamağı sevirəm. Bu matçın bizim üçün çətin və ya asan olacağını deyə bilmirəm. Lakin “Milan”la üz-üzə gələcəyimizdən məmnunam”.

Qeyd edək ki, "Milan"la "Barselona" arasında ilk görüş fevralın 20-də keçiriləcək. Cavab qarşılaşması isə martın 12-də baş tutacaq.

Xəbər 862 dəfə oxundu.