4 cəkidə qaliblər müəyyənləşdi
“Sərhədçi” İdman Olimpiya Mərkəzində güləş üzrə böyüklər arasında Azərbaycan çempionatı davam edir. İdman.com.az saytının məlumatına görə, üçünçü yarış günündə sərbəst güləşçilər mübarizəyə qoşulublar.

Onlar arasında ilk olaraq, 55, 66, 84 və 120 kq çəki dərəcələrində ölkənin ən güclüləri dəqiqləşib. Bu çəkilərdən 3-də çempion dəyişmədiyi halda, 1-də yenisi müəyyənləşib.

Belə ki, 55, 66 və 120 kq çəki dərəcələrində 2011-ci ildə olduğu kimi eyni pəhləvanlar fəxri kürsünün ən yüksək pilləsinə qalxıblar. Ən yüngül çəkidə Namiq Sevdimov bu dəfə Yaşar Əliyevə qalib gələrək, birinci olub. 66 kq çəki dərəcəsində Emin Əzizovun qarşısına çıxan tapılmayıb. Onunla döyüşə kimi Məhəmməd Müslümov da döşəyi qələbə ilə tərk etməsinə baxmayaraq, finalda büdrəyib.

Ən ağır – 120 kq çəki dərəcəsində Cəmaləddin Məhəmmədov növbəti dəfə Azərbaycan çempionu adını qazanıb. O, finalda yığmamızın digər lideri Əli İsayevi məğlub edib.

84 kq çəki dərəcəsində həlledici görüşündə ötən ilin gümüş mükafatçısı İlya Xamikoyev isə Roman Bәkirovun gücünü yoxlayıb. 2011-ci ildə Çamsulvara Çamsulvarayevə uduzan güləşçi heyfini Bəkirovdan alıb və bu dəfə qızıl medala layıq görülüb.

Qeyd edək ki, çempionatın ilk 2 günündə yunan-Roma güləşi üzrə Azərbaycan çempionları müəyyənləşib. Yarışa isə sabah yekun vurulacaq.

55 kq
1. Namiq Sevdimov (DİN İC)
2. Yaşar Әliyev (Abşeron, Neftçi İSM)
3. Azәr Paşayev (Gәncә TİM)
3. Mircәlal Hәsәnzadә (Abşeron)

66 kq
1. Emin Әzizov (Neftçi İSM)
2. Mәhәmmәd Müslümov (Atasport)
3. Ruslan Dibirhacıyev (Atasport)
3. Rakif Mәmmәdov (Gömrükçü, Ağdaş)

84 kq
1. İlya Xamikoyev (Atasport)
2. Roman Bәkirov (Abşeron, Neftçi İSM)
3. Mәhәmmәdhacı Xatiyev (Atasport)
3. Elcan Usubzadә (Neftçi İSM)

120 kq
1. Cәmalәddin Mәhәmmәdov (Atasport)
2. Әli İsayev (Atasport)
3. Aslan Cəbişov (Atasport)
3. Fәrid Әhmәdov (Neftçi İSM)


Xəbər 1043 dəfə oxundu.