“Qarabağ” və “Simurq”dan inamlı qələbə
Bu gün Topaz Premyer Liqasında XVIII tura start verilib. İdman.com.az saytının məlumatına görə, “Simurq” ardıcıl 2-ci oyun legioneri Mario Bojiçin sona yaxın vurduğu qolla 1:0 hesabı ilə qalib gəlib.

Budəfəki 3 xal zaqatalalılara zirvəyə yüksəlməyə imkan verib. “İnter”in oyunu şənbə günü olacağından, “Simurq” ən azı 2 gün vahid lider olacaq. “Qarabağ”ı isə turun mərkəzi oyununda həmin hesabla qalib gələrək, 2-ci pilləyə yüksəlib.

“Qəbələ” də qələbə qazandığı oyunun taleyinə sonuna az qalmış həll etsə də, rəqiblərindən fərqli 2 qol vura bilib. Komanda 4-cü pilləni qaytarsa da, ən yaxın izləyicisi “Neftçi”nin AzAL-la matçının nəticəsini gözləməlidir.

“Sumqayıt” isə son pillənin sahibi “Kəpəz”lə matçda əzmkar qələbə qazanıb. Özü də qələbənin əsasını ötən mövsüm “Kəpəz”də oynayan Sabir Allahquliyev vurduğu qolla qoyub. Maraqlıdır ki, bu gün keçirilən 4 matçın hamısında fasiləyə kimi qol vurulmayıb.

Topaz Premyer Liqası. XVIII tur
20 dekabr

“Turan” – “Qəbələ” - 0:2
Qol: : Bruno da Silva, 76 (p.), Dodo, 88
Hakimlər: Fariz Yusifov, Rza Məmmədov, Azər Əsgərov, Ramiz Məhərrəmov.
Tovuz. Şəhər stadionu.

“Simurq” – “Rəvan” - 1:0
Qol: Mario Bojiç, 90+2
Hakimlər: Elvin Əsgərov, Zeynal Zeynalov, İsgəndər Əliyev, Orxan Məmmədov.
Zaqatala. Olimpiya İdman Kompleksinin stadionu.

“Sumqayıt” – “Kəpəz” - 2:1
Qol: Sabir Allahquliyev, 89, Məhəmməd Mirzəbəyov, 90+1 - Emin İmaməliyev, 47
Hakimlər: Anar Salmanov, Mübariz Haşımov, Knyaz Əmiraslanov, Ömər Paşayev.
Bakı. “Bayıl Arena” stadionu.

“Qarabağ” – “Xəzər Lənkəran” - 1:0
Qol: Vüqar Nadirov, 73
Hakimlər: Əliyar Ağayev, Mehman Mahmudov, Munis Abdullayev, Ramil Diniyev.
Bakı. Tofiq Bəhramov adına Respublika stadionu.

Xəbər 952 dəfə oxundu.