Luna Karokki rus dilini öyrənir
“Azərreyl”in italiyalı voleybolçusu Luna Karokki rus dilini öyrənməyə çalışır. Ölkəmizdə legioner həyatı yaşayan apenninli libero Bakıda ünsiyyətdə olduğu insanlarla daha yaxşı anlaşmaq üçün Azərbaycan deyil, rus dilini öyrənməyi zəruri sayır.

Bu üzdən də artıq bir sıra rus sözlərini mənimsəyən Karokki fikirlərini tamamlamaq üçün müəyyən jestlərdən də istifadə edir. O bu əziyyətinin təbəssümlə qarşılanmasına da üzülmür. Luna bunu özünün “Facebook” səhifəsində açıqlayıb: “Rus sözlərini jestlərimlə qarışdırıram. Görürəm ki, xadimə də mənim səylərimi təbəssümlə qarşılayır. Bunun heç qiyməti yoxdur”.

Xəbər 1120 dəfə oxundu.