Sahibsiz qalan kubokun qalibi
Gələn ilin fevralında keçiriləcək VI Bakı Beynəlxalq Futzal Turniri sahibsiz qalan kubokun qalibini müəyyənləşdirəcək.Buna turnirin son qalibinin ölkəmizə gəlməməsi səbəb olub. Belə ki, bu ilin yanvarında Azərbaycanı qalib kimi tərk edən Ukrayna millisi bu dəfə turnirə qatılmayacaq. Belə ki, bu dəfə yarışda Azərbaycan, Moldova, Özbəkistan, Latviya və Belarus milli komandaları çıxış edəcək. Bu isə qalibin dəyişəcəyindən xəbər verir.
Qeyd edək ki, əvvəlki 5 turnirdə 4 dəfə Azərbaycan milli komandası qalib gəlsə də son turnir ukraynalıların qələbəsi ilə başa çatmışdı.
15/01/2008 - 18/01/2008 Azərbaycan
25/01/2009 - 28/01/2009 Azərbaycan
18/12/2009 - 21/12/2009 Azərbaycan
05/02/2011 - 08/02/2011 Azərbaycan
14/01/2012 - 16/01/2012 Ukrayna
bu xəbə

Xəbər 840 dəfə oxundu.