“Xəzər Lənkəran” 2012-ci ildə son oyununa çıxacaq
Topaz Premyer Liqasının XVIII turunda “Qarabağ”ın qonağı olacaq. “Xəzər Lənkəran” 2012-ci ildə son oyununa çıxacaq. Bakıda baş tutacaq matç rəqiblərin mövsümdə 2-ci, ümumilikdə 26-cı dueli olacaq.
İki ay əvvəlki oyunda lənkəranlılar 2:0 hesabı ilə qalib gəlmişdi. Həmin matçın taleyini Dmitrios Sialmas həll etmişdi. 36-cı və 62-ci dəqiqələrdə fərqlənən yunanıstanlı hücumçunun dublu “Xəzər Lənkəran”a 3 xal qazandırmışdı.
Əvvəlki 25 oyundan 23-ü çempionat, 2-si kubok çərçivəsində olub. Cəmi 4 dəfə heç-heçə edən komandaların duellərində üstünlük cənubluların tərəfindədir. Belə ki, “Xəzər Lənkəran” 11, “Qarabağ” 10 dəfə qalib gəlib. Lənkəranlılar top fərqində də üstünlüyə malikdir – 31:23.
İki komandanın oyunlarında 3 böyükhesablı nəticə qeydə alınıb. Hər 3 halda “Xəzər Lənkəran” qələbə qazanıb: 2004/05 mövsümündə 3:0, 2006/07 mövsümündə 4:1 və ötən mövsümün son turunda da 4:1.
“Xəzər Lənkəran”ın “Qarabağ”ın qapısından keçirdiyi 31 qola 19 futbolçu imza atıb: Samir Əliyev – 4, Mario Souza – 3, Rəşad Abdullayev, Alim Qurbanov, Emeka Opara, Zaur Ramazanov, Eder Bonfim, Edmond N Tiamoa, Dmitrios Sialmas – hərəsi 2, İvan Tsvetkov, Adrian Pit, Kristian Martins Kabral, Junior Osvaldo, Konstantin Arbanas, Elmar Baxşıyev, Robert İlyeş, Rendal Brenes, Sadio Tounkara, Xorxe Dias – hərəsi 1 qol.

“Xəzər Lənkəran”ın “Qarabağ”la bütün oyunları
2004/05 13.12.2004 çempionat s 1:3
2004/05 15.05.2005 çempionat e 3:0
2005/06 02.10.2005 çempionat s 1:2
2005/06 01.04.2006 çempionat e 2:0
2006/07 09.11.2006 çempionat e 2:0
2006/07 07.05.2007 çempionat s 4:1
2007/08 26.08.2007 çempionat e 2:0
2007/08 02.03.2008 çempionat s 0:2
2008/09 22.11.2008 çempionat e 1:3
2008/09 09.05.2009 çempionat s 0:1
2009/10 30.10.2009 çempionat s 0:1
2009/10 13.02.2010 çempionat e 0:0
2009/10 06.03.2010 kubok s 1:2
2009/10 17.03.2010 kubok e 1:0
2009/10 03.04.2010 çempionat e 2:1
2009/10 09.05.2010 çempionat s 1:2
2010/11 30.10.2010 çempionat s 1:0
2010/11 23.12.2010 çempionat e 1:2
2010/11 10.04.2011 çempionat s 0:0
2010/11 07.05.2011 çempionat e 1:1
2011/12 17.09.2011 çempionat s 1:0
2011/12 10.12.2011 çempionat e 0:0
2011/12 11.03.2012 çempionat s 0:1
2011/12 11.05.2012 çempionat e 4:1
2011/12 27.10.2012 çempionat e 2:0

Xəbər 902 dəfə oxundu.