Yana Ağayeva Koreya çempionatında
“Hyundai”nin şərəfini qoruyan Azərbaycan millisinin voleybolçusu Yana Ağayeva Koreya çempionatında növbəti oyununa çıxıb.Təmsilçimizin komandası KGC klubunun qonağı olub.
Lakin “Hyundai” Daejeonda baş tutan görüşdə özünü qonaq kimi aparmayıb və rəqibini darmadağın edib – 3:0 (25:20, 21:25, 20:25). Ağayeva matçda 12 xal toplayıb.
Bu qələbədən sonra “Hyundai” ikinci yerdə qərarlaşan GS ilə xallarını bərabərləşdirib. Hər 2 komandanın aktivində 21 xalı olsa da, Yananın komandası əlavə göstəricilərə görə rəqibindən geri qalır. İlk pillədə qərarlaşan İBK isə 32 xala malikdir.
Qeyd edək ki, “Hyundai” növbəti matçını dekabrın 26-da məhz GS klubuna qarşı keçirəcək.

Xəbər 1069 dəfə oxundu.