Ronaldo və Zidan dostlarından xeyriyyə futbolu
Braziliyanın canlı əfsanəsi Ronaldo və dostları ilə Fransanın veteran futbolçusu Zidan və dostları xeyriyyə məqsədli futbol görüşü keçiriblər. Braziliyada baş tutan hər iki ulduzların qarşılaşması yoxsulluqla mübarizə məqsədi ilə təşkil edilib.

İtaliyalı hakim Pyerluici Kolinanın idarə etdiyi qarşılaşmada Ronaldo və dostları 3:2 hesabı ilə qalib gəlib.

Braziliyalı ulduzun komandasından qolları Bebeto, Ferari və Damiao vurub. Fransalı veteran futbolçunun komandasında isə Falkao ilə Zidanın özü fərqlənib.

Qeyd edək ki, meydanda Ziko, Aleks, Roberto Karlos, Jardel, Neymar, Romario, Denilson, Halk, Karembeu və Deko kimi keçmiş və indiki ulduzlar yer alıb.

Xəbər 970 dəfə oxundu.