“Milan” Nianqla müqaviləsinin müddətini uzadıb
“Milan” fransalı futbolçusu M Baye Nianqla müqaviləsinin müddətini uzadıb. 18 yaşlı hücumçu daha iki il İtaliya klubunun şərəfini qoruyacaq. Mövsümün əvvəlində Fransa “Kaen”indən transfer olunan Nianqın müqaviləsi, 2017-ci ilin iyun ayının 30-da başa çatacaq.

Qeyd edək ki, Fransa U-16, U-17 və U-21 komandalarının formasını geyinən Nianq, ”Milan”da ilk qolunu ötən həftə İtaliya kubokunun oyununda “Recina”nın qapısından keçirib. M Bayenin bu qolu həm də, “Milan”ın heyətində ikinci ən gənc qol vuran futbolçusu kimi tarixə düşüb. Birinci qol isə Cianni Riveraya aiddir. O, 1960-cı ildə 17 yaşı olarkən “Yuventus”un qapısından keçirib.

Xəbər 789 dəfə oxundu.