Əvəzedicilərin çempionatında XVIII tura start verilib
Əvəzedicilərin çempionatında XVIII tura start verilib. İlin son turunun ilk oyun günündə 4 qarşılaşma baş tutub.
“Qarabağ” evdə “Xəzər Lənkəran”ı darmadağın edib – 4:1. “Qəbələ” səfərdə “Turan”a, “Kəpəz” “Sumqayıt”a 2:1 hesabı ilə qalib gəlib. “Simurq” isə doğma meydanda “Rəvan”ı 1:0 hesabı ilə yenib.
Tura və ilə dekabrın 21-də keçiriləcək iki oyunla yekun vurulacaq.
Əvəzedicilərin çempionatı
Təsnifat mərhələsi
XVIII tur
19 dekabr
Sumqayıt – Kəpəz 1:2
Qollar: Əbülfət Abbasov, 17 – Elçin Məsiyev, Ceyhun Əhmədov, 85.
Simurq – Rəvan 1:0
Qol: Oruc Balaşlı, 82.
Turan – Qəbələ 1:2
Qollar: İlkin Sadıqov, 12 – Kamal Mirzəyev, 4. Fərid Hacıyev, 52.
Qarabağ – Xəzər Lənkəran 4:1
Qollar: Osman Qurbanov, 6. Təmkin Xəlilzadə, 68-pen. Fuad Məmmədzadə, 71. Kamil Xanıyev, 84 – Kazım Kazımlı, 26.
21 dekabr
İnter – Bakı
“Şəfa” stadionu. Saat 13.00.
Neftçi – AZAL
Zirə qəsəbə İdman Kompleksinin stadionu. Saat 14.00.

Xəbər 829 dəfə oxundu.