“Qarabağ” daha bir müdafiəçisini itirib
“Qarabağ” daha bir müdafiəçisini itirib. Bu dəfə Maksim Medvedev sıradan çıxıb.
Cinah müdafiəçisi zədələnib. Bu səbəbdən o, “Xəzər Lənkəranla sabah keçiriləcək ilin son oyununu buraxmalı olacaq. Xəbəri klubdan təsdiqləyiblər.
Qeyd edək ki, “Qarabağ” bu oyunda daha bir müdafiəçisinin xidmətindən yararlana bilməyəcək. Belə ki, “Bakı” ilə oyunda qırmızı vərəqə alan Qara Qarayev üçün il artıq başa çatıb.

Xəbər 784 dəfə oxundu.