“Atletiko”da forma geyinən Arda Turan komandadan ayrılacaq
“Atletiko”da forma geyinən Arda Turan komandadan ayrılacaq. Bu barədə Turanın meneceri Ahmet Bulut açıqlama verib.
“Ardanın “Atletiko”da iki il oynadıqdan sonra başqa komandada, başqa liqada oynamağını istəyirəm. O da bunu istəyir. Biz bu cür planlaşdırmışıq. Klub da bizim nə etmək istədiyimizi bilir. Arda gələn il “Atletiko”dan ayrılacaq. Hansı liqaya gedəcəyini deyə bilmərəm. Amma hazırda gedə biləcəyi 5-6 klub var”.

Xəbər 877 dəfə oxundu.