İtaliya futbolunda növbəti qalmaqal baş verib
İtaliya futbolunda növbəti qalmaqal baş verib. Ölkənin futbol federasiyasının İntizam Komitəsi “Napoli” klubunun iki xalını silib, komandanın iki futbolçusu Paolo Kannavaro və Canluku Qravunu isə yarım il müddətinə futboldan kənarlaşdırıb.
Buna səbəb 2010-cu ilin mayın 10-da keçirilən “Sampdoriya” – “Napoli” matçı səbəb olub. İddia edilir ki, adları çəkilən futbolçular görüşün nəticəsinin danışılması barədə əvvəlcədən məlumatlı olsalar da, bu haqda müvafiq orqanlara məlumat verməyib. “Napoli”nin sabiq qapıçısı Matteo Canello istintaqa bildirib ki, Kannavaro və Qravunudan danışılmış oyunda iştirakı xahiş edib.
Qeyd edək ki, İtaliya Futbol Federasiyası Matteo Canellonu üç il üç ay müddətinə diskvalifikasiya edib.

Xəbər 830 dəfə oxundu.