“Neftçala”nın yeni baş məşqçisi müəyyənləşib
“Neftçala”nın yeni baş məşqçisi müəyyənləşib. Komandaya bundan sonra Kamal Ələkbərov başçılıq edəcək.
O, indiyədək klubda köməkçi-məşqçi işləyirdi. “Turan”ın sabiq üzvü bu postda “Qaradağ”la oyundan sonra istefaya göndərilən Hüseynqulu Quliyevi əvəzləyəcək.

Xəbər 853 dəfə oxundu.