Joze Mourinyo və Kriştiano Ronaldo israrı tükənmir
PSJ-nin Joze Mourinyo və Kriştiano Ronaldo israrı tükənmir. “Real”ın baş məşqçisi və ulduz futbolçusunu istəyən Paris klubu bütün vasitələrdən istifadə edir.
Klubun prezidenti Nasser Əl-Xelaifi Mourinyo ilə bağlı çıxan xəbərləri təkzib etsə də, sonradan yayılan informasılar durumu ciddiləşdirir. “Canal Football” danışan Şeyx Əl-Tani xəbərləri təsdiq edib: “Əlbətdə Ronaldo və Mourinyo PSJ-nin hədəfində olan isimlərdi. Biz Fransanın ən böyüyü olduq, indi dünyanın ən böyük klubu olmaq istəyirik. Yeganə hədəfimiz Çempionlar Liqasını qazanmaqdı”.

Xəbər 827 dəfə oxundu.