Bojidar Bandoviç razı qalıb
Topaz Premyer Liqasının birinci turundan təxirə salınmış “Neftçi” – “Bakı” oyunundan (1:1) sonra keçirilən mətbuat konfransında “zolaqlılar”ın baş məşqçisi Bojidar Bandoviç, jurnalistlərin suallarını cavablandırıb. İdman.com.az saytının məlumatına görə, cernoqoriyalı çalışdırıcı komandasının oyununu şərh edib. Mütəxəssis, futbolçularının son çempionla qarşılaşmada 1 xal qazanmasından və komandasının meydanda göstərdiyi oyunundan razı qaldığını bildirib:

“Son iyirmi gündə “Bakı” sıx qrafikdə və güclü rəqiblərlə oynayıb. “Neftçi” ilə oyuna gələndə üç saat tıxacda qaldıq, ona görə də stadiona istədiyimiz vaxt çata bilmədik. Çox pis haldır ki, matçdan əvvəl oyunçularımın heç olmasa beş dəqiqə isinmə hərəkəti etməsinə imkan verilmədi. Buna baxmayaraq, futbolçularımdan razı qaldım. Onlar ikinci hissədə yaxşı oynadılar”.

Xəbər 832 dəfə oxundu.