Pəhləvanlarımız ən güclülərini seçirlər
Bu gün “Sərhədçi” Olimpiya-İdman Mərkəzində sərbəst və yunan-Roma güləşçiləri arasında Azərbaycan çempionatı götürüb. İdman.com.az saytının məlumatına görə, dekabrın 21-nə qədər davam edəcək yarışda idman cəmiyyətləri, idman klubları, idman təşkilatları, şəhər və rayon yığma komandalarının tərkibinə daxil olan idmançılar mübarizə aparırlar.

Təqvimə əsasən bu gün yunan-Roma gülәşçiləri mübarizə aparıblar və 55, 66, 84 vә 120 kq çәkidә qaliblər bəlli olub. Final görüşləri arasında son Azərbaycan çempionu Eldәniz Әzizli Orxan Әhmәdova uduzmağı ilə diqqət çəkib. Ondan fərqli, 2011-ci ildə də ölkənin ən güclüsü olan Rafiq Hüseynov həlledici qarşılaşmada Mate Savadze üzərində təmiz qələbə qazanaraq, yenə rəqib tanımayıb. Ağır çəkidə yığmamızın əsas üzvlərindən Maksim Proxorov isə ardıcıl ikinci dəfə fəxri kürsünün ən yüksək pilləsinə qalxıb.

Qeyd edək ki, yarışda ilk 3 yeri tutmuş idmançılar AGF tərəfindən müvafiq diplom, medal və pul mükafatı ilə təltif olunacaq, həmin güləşçilər ölkə yığma komandasının heyətinə cəlb ediləcək.
Proqrama əsasən dekabrın 18-19-da yunan-Roma güləşçiləri, 20-21 dekabrda isə sərbəst güləşçilər öz aralarında ən güclüləri müəyyənləşdirəcək.

55 kq
1. Orxan Әhmәdov (Lokomotiv)
2. Eldәniz Әzizli (Neftçi İSM)
3. Sakit Quliyev (Neftçi İSM)
3. Qasım Mәhәmmәdov (İnter)

66 kq
1. Azad Әliyev (İnter)
2. Qadir Süleymanov (Abşeron, Neftçi İSM)
3. Elçin Hәsәnov (Neftçi İSM)
3. Rәsul Çunayev – (Balakәn, Neftçi İSM)

84 kq
1. Rafiq Hüseynov (DİN İC)
2. Mate Savadze (Atasport)
3. Soltan İsmayılov (MOİK)
3. Fuad Әliyev (Neftçi İSM)

120 kq
1. Maksim Proxorov (Atasport)
2. Zaur Mehrәliyev (İnter)
3. Abbas Abdullayev (Atasport)
3. Gogha Davitadze (Atasport)


Xəbər 994 dəfə oxundu.