Benites Zendeni dönməyə inandırır
36 yaşlı niderlandlı Budeveyn Zenden «Çelsi»yə yeni baş məşqçi Rafael Benitesin köməkçisi kimi dəvət olunsa da, meydana da dönə bilər.

İdman.com.az saytının məlumatına görə, ispan mütəxəssis onu meydana dayaq yarımmüdafiəçisi kimi çıxmağa inandırmağa çalışır. Zenden futbolçu karyerasını ötən il «Sanderlend»in oyunçusu kimi başa vurmuşdu.

Benites komandasının heyətində zədəli oyunçularla bağlı vəziyyətdən narahatdı. Yeni kadrlar olmadan o, yaranmış vəziyyətdən çıxmağa çətinlik çəkə bilər. Belə ki, dünya klub çempionatı futbolçulara əlavə yük gətirir.

Xəbər 859 dəfə oxundu.