Abramoviçin arzusu Falkaodur
Radamel Falkao London «Çelsi»sinin maraqlandığı tək forvardı. İdman.com.az saytının məlumatına görə, rusiyalı milyardçı Roman Abramoviç Madrid «Atletiko»sunun hücumçusunu almaq istəyir.

İspan mətbuatının yazdığına görə, son günlərədəe «Çelsi» kolumbiyalını almağa heç cəhd də göstərmirdi. Ancaq iki gün öncə Londondan İspaniya paytaxtına Abramoviçin köməkçisi Marina Qranovskaya yollanıb. O da bütün bu danışıqlar prosesinə rəhbərlik edəcək.

Rafael Benites Fernando Torresin özünü tapmasını söyləsə də, ispan mütəxəssis klub rəhbərliyindən daha bir forvard istəyib ki, həm rəqabət yarada bilsin, həm də Fernando ilə duet təşkil esin. Rəhbərlik artıq Daniel Starricin nə vaxt oyunu tapacağını gözləməkdən bezib və çox güman ki, ingilisi tezliklə «Liverpul»a satacaqlar.

Abramoviç Radamel Falkaonu artıq bu qış «Stemford Bric»də görmək istəyir ki, onun köməkliyi ilə komandası Premyer Liqanın qalibi ola bilsin.

Xəbər 1105 dəfə oxundu.