“Qarabağ” 2012-ci ilin son oyunu üçün hazırlıqlara başlayıb
“Qarabağ” 2012-ci ilin son oyunu üçün hazırlıqlara başlayıb. Premyer Liqanın XVIII turunda “Xəzər Lənkəran”ı qəbul edəcək Ağdam klubu hazırlıqlara start verib.
“Bakı” ilə oyundan sonra bir günlük buraxılan komanda yenidən vacib oyun üçün yığışıb. Hazırlıqlarını Tofiq İsmayılov adına Suraxanı qəsəbə stadionunda keçən “Qarabağ” bu axşam “kamp”a yığışacaq.

Xəbər 895 dəfə oxundu.