Andrey Popoviç ölkəmizi tərk edib
Azərbaycan milli komandasının qapıçısı Andrey Popoviç ölkəmizi tərk edib. 21 yaşlı milliləşdirilən legioner tarixi vətəni Ukraynaya yollanıb. “Turan”dan qovulduqdan sonra kənarda qalan Andrey ilin başa çatmağını gözləməyərək, istirahətə çıxıb.

O, yeni ili vətənində keçirməklə yanaşı, gələcək taleyini müəyyənləşdirəcək.
Belə ki, qapıçı Ukraynada boş oturmayaraq, təklifləri götür-qoy edəcək. “Turan” isə AFFA rəhbərliyinin müraciətindən sonra onu bağışlayaraq, daha bir şans verir. Sadəcə, məsələ ondadır ki, Popoviçin tovuzlularla icarə müqaviləsi bu ilin sonunda bitir.

Qeyd edək ki, futbolçu müqavilə ilə mövsümün sonuna kimi “Bakı”ya məxsusdur.

Xəbər 830 dəfə oxundu.