Topaz Premyer Liqasında 18-ci turun oyun cədvəli açıqlanıb | |
Topaz Premyer Liqasında 18-ci turun oyun cədvəli açıqlanıb. Turun oyunları iki gündə – 20 və 22 dekabr tarixlərində keçiriləcək. “Qiymət günü” kimi məşhur olan 21 dekabrda isə oyun olmayacaq. İlk oyun günündə 4 qarşılaşma baş tutacaq. Tura dekabrın 20-də, saat 14.00-da “Turan” – “Qəbələ” oyunu ilə start veriləcək. Bundan bir saat sonra “Simurq” – “Rəvan” qarşılaşması başlayacaq. Turun mərkəzi oyunu – “Qarabağ” – “Xəzər Lənkəran” matçı və “Sumqayıt” – “Kəpəz” qarşılaşması saat 16.00-da start götürəcək. Dekabrın 22-də isə iki paytaxt derbisi baş tutacaq. Belə ki, “İnter” “Bakı”nı, “Neftçi” AZAL-ı qəbul eəcək. Birinci oyun saat 15.00-da, ikinci qarılaşma iki saat sonra başlayacaq. 20 dekabr Turan – Qəbələ Tovuz şəhər stadionu, 14.00. Simurq – Rəvan Zaqatala şəhər stadionu, 15.00. Sumqayıt – Kəpəz “Bayıl Arena”, 16.00. Qarabağ – Xəzər Lənkəran T.Bəhramov adına Respublika stadionu, 16.00. 22 dekabr İnter – Bakı “Şəfa” stadionu, 15.00. Neftçi – AZAL “8-ci km stadionu”, 17.00. |
|
Xəbər 1101 dəfə oxundu. |
|
|