Paytaxt derbisinə təyinatlar açıqlanıb
Bu gün Premyer Liqanın I turundan təxirə salınmış “Neftçi” – “Bakı” oyunu baş tutacaq. Paytaxt derbisinə təyinatlar açıqlanıb.
Saat 18.00-da “8-ci km stadionu”nda başlaycaq qarşılaşmada ədaləti Rəhim Həsənov qoruyacaq. Ona Yaşar Abbasovla Namiq Hüseynov yardım edəcək. Matçın dördüncü hakimi Elvin Əsgərov, AFFA nümayəndəsi Qürbət Həsənov olacaq. Hakimlərin işinə isə hakim-inspektor Məlik Həsənov qimyət verəcək.

Xəbər 895 dəfə oxundu.