Lionel Messi 50 qolla liderliyini davam etdirir.
Beynəlxalq Futbol Tarixi və Statistikaları Federasiyası (İFFHS) bu il başa çatan milli çempionatlarda ən məhsuldar oyunçuların növbəti siyahısını açıqlayıb. “Barselona”nın argentinalı hücumçusu Lionel Messi 50 qolla liderliyini davam etdirir. O, buna 37 oyunda nail olub.
Messinin ən yaxın izləyicisi Madrid “Real”ın portuqaliyalı hücumçusu Kriştianu Ronaldodur ki, bunu 38 oyunda 46 qolla gerçəkləşdirib. Türkiyə yığmasının da bombardiri olan “Qalatasaray”ın hücumçusu Burak Yılmaz ötən mövsüm çıxış etdiyi “Trabzonspor”un heyətində keçirdiyi 34 oyunda 32 dəfə fərqlənib və dünyada 6-cı pillədə qərarlaşıb.
Qeyd edək ki, 82 futbolçunun yer aldığı siyahıda ən azı 20 qol vuran düşür.

Xəbər 830 dəfə oxundu.