Super Liqanın VII turunun oyunlarının hakimləri bilinib
Qadın voleybolçular arasında Super Liqanın VII turunun oyunlarını idarə edəcək hakimlər bilinib.Liderlərin autsayderləri sınağa çəkəcəyi I dövrənin son turunda əsas referi funksiyasını yerli dərəcəli ədalət təmsilçiləri yerinə yetirəcəklər. Beynəlxalq dərəcəli hakimlərimiz isə onlara köməkçi təyin ediliblər.

15:00. “AZƏRREYL” – “BAKI-AZƏRYOL”
Hakimlər: Zaur Hacıyev, Ceyhun İsmayılov

17:00. “LOKOMOTİV BİLƏCƏRİ” – “LOKOMOTİV”
Hakimlər: Murad Abdurəhmanzadə, Konstantin Selin

19:00. “TELEKOM” – “RABİTƏ”
Hakimlər: Fuad Ağayev, Eldar Zülfüqarov

Xəbər 874 dəfə oxundu.