Topaz Premyer Liqasında Bakı derbisi
Bu gün Topaz Premyer Liqasında Bakı derbisi keçiriləcək. “Neftçi” ilə “Bakı” I turdan təxirə salınan oyunda üzləşəcək. Təqvimə görə avqustun 6-da keçirilməli olan bu matç çempionun Avroliqada çıxışı ilə əlaqədar təxirə salındı.

Ötən mövsüm kubokunda finalında məhz “Neftçi”ni məğlub edərək, titula sahib çıxan “Bakı”nın turnir cədvəlində vəziyyəti ona təxirə salınan oyunlardan maksimum istifadə etməyə sövq edir. Elə “Neftçi”nin də hesabında belə matçlar var və onlarda qalib gəlmək liderliyə yüksəlməyinə imkan verəcək.



18 dekabr
I turdan təxirə salınan oyun
18:00. “Neftçi” – “Bakı”
Bakı. 8-ci km qəsəbə stadionu
II dövrədəki oyun – 2:1

Xəbər 947 dəfə oxundu.