Türk hakim bütün dünyanı heyran qoyacaq hərəkət edib
Hollandiya çempionatında fəaliyyət göstərən türk hakim bütün dünyanı heyran qoyacaq hərəkət edib. Serdar Gözübüyük adlı referi “Qroningen” – “Venlo” matçında baş məşqçilər üçün ibarətamiz hərəkət edib.
Belə ki, Gözübüyükün bir qərarı “Qroningen”in baş məşqçisi Robert Maaskantın narazılığına səbəb olub. Bu zaman baş məşqçiyə yaxınlaşan hakim cibindən üzərinə “Respect” (Hörmət) yazılan kağızı çıxararaq ona göstərib.

Xəbər 913 dəfə oxundu.