Mançini: «Balotelli satılmır»
«Mançester Siti»nin forvardı Mario Balotelli «Mançester Yunayted»lə oyunun fasiləsindən dərhal sonra əvəz edilmişdi. Matçdan dərhal sonra isə «şəhərlilər»in baş məşqçisi Roberto Mançini növbəti dəfə temperamentli italiyalını sönük oyuna görə tənqid edib. Məşqçi bildirib ki, Balotelli öz üzərində işləmir və istedadını boşa xərcləyir.

Ancaq ara bir qədər sakitləşəndən sonra Mançini bəyan etdi ki, Balotellini satmaq fikrində deyil: «Mario «Siti»nin oyunçusudu, onu fanatlar və klub rəhbərliyi sevir. O hələ də komandanın vacib oyunçusudu. Belə istedadlı futbolçu ancaq futbol və ailəsi barədə düşünməlidi. Daha indi etdiyi kimi istedadını havaya sovurmamalıdı. Bzimi yollarımız ancaq mən komandamı dəyişərəmsə aryrıla bilər. Ancaq Mario «Siti»də qalacaq».

İdman.com.az saytının məlumatına görə, italyan mütəxəssis bununla belə «Siti»ni tərk etmək fikrində olmadığını bildirib, ancaq vətəni üçün darıxdığını da söyləyib: «Siti»də mənim çox xoşuma gəlir. Mən çox ciddi klubda işləyirəm. İngiltərədə məşqçi işləmək isə İtaliyada olandan asandı. Bizim layihəmiz var və son iki mövsümdə əla nəticələr əldə etmişik».

Xəbər 807 dəfə oxundu.