Qurban Qurbanov: ““Bakı” çox sürətli oyun göstərir”
“Oyuna ciddi hazırlaşmışdıq. Hər iki komanda qapalı futbol göstərdi”. Apasport.az saytının məlumatına görə, bu sözü “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov deyib. Bu gün keçirilmiş “Bakı” – “Qarabağ” oyunundan sonra jurnalistlər önünə çıxan Qurbanov heç-heçəni pis nəticə saymadığını dilə gətirib:

“Bakı” çox sürətli oyun göstərir. Bunu “Neftçi” və “Qəbələ” ilə oyunlarda da gördük. Meydanı qol vurmadan tərk etmirdilər. Biz 3 xal qazanmaq istəyirdik. Amma heç-heçəni də pis nəticə saymıram”.

Qeyd edək ki, bu qarşılaşma qolsuz heç-heçə ilə nəticələnib. “Qarabağ” son dəqiqələri azlıqda keçirib.

Xəbər 1457 dəfə oxundu.