Bojidar Bandoviç nədən şikayətləndi?
“Hesabdan razı deyiləm. Meydana 3 xal üçün çıxmışdıq, amma qələbə qazana bilmədik”. İdman.com.az saytının məlumatına görə, bu sözü “Bakı”nın serbiyalı çalışdırıcısı Bojidar Bandoviç deyib. Bandoviç “Qarabağ”la oyundakı nəticədən narazı olsa da, yetirmələrindən razı qalıb. Sadəcə olaraq qol vura bilməmələrini yaxşı hücumçularının olmaması ilə əlaqələndirib:

“Futbolçularımız əzmkar oynadı, cinahlardan yaxşı hücumlar qurduq. Amma cərimə meydançasında bunlardan istifadə edə bilmədik. Komandam təcrübə baxımından yaxşı idi. Əsas 3 xal idi, amma təəssüf ki, onu qazana bilmədik. Komandamızda zəif futbolçu yoxdur. Axırıncı 6 oyunda 5 qol vurmuşuq. Amma hücumçuya ehtiyacımız var”.

Qeyd edək ki, 0:0 hesabı ilə başa çatan qarşılaşmada “Bakı” ilk hissəni nominal hücumçusu olmadan keçirib.

Xəbər 969 dəfə oxundu.