Aggerin döyməli bədəni
İngiltərə «Liverpul»unun və Danimarka yığmasının müdafiəçisi Daniel Agger bədənindəki döymələri ilə xüsusi seçilən futbolçulardandır. Lakin Agger tək öz bədəninə döymə vurması ilə digərlərindən fərqlənmir. Futbolçu komanda yoldaşlarına öz əlləri ilə də döymə vurur. «Liverpul»dakı bir çox futbolçunun bədənini məhz danimarkalının əl işləri bəzəyir.
Danielin kürəyində tərcümədə«Vikinqlər qəbiristanlığı» mənasını verən sözlər seçilir. Daha aşağıda təsvir olunan 3 vikinq bu məzmunları ifadə edir:

-"Intet Set" – heç nə görmürəm;
-"Intet Hort" – heç nə eşitmirəm;
-"Intet Sagt" – heç nə deməyəcəyəm.

Bu yazıların həmin vikinqlərin dəbilqələrində qeyd olunub.
Mərkəzdəki böyük vikinq Danimarkalı Ojyedi. Onun ən məşhur abidəsi Kronborqda ucaldılıb. Əfsanəyə görə, əgər Danimarka ölümcül təhlükə ilə üzləşsə, Ojye qalxıb ölkənin vətəndaşlarını qoruyacaq. Əllərində o, bu sözlər yazılmış Kortanın əfsanəvi qılıncını tutub: «Mənim adım Kortandı. Mən Coys və Dürendalın haızrlandığı poladdan hazırlanmışam».
Belə güman olunur ki, bu, əvvəlcə Tristanın qılıncı olub. Sonradan o, Kortanın qılıncı adını alıb. Ojyenin ətrafında 4 əfsanəvi Danimarka kralının – «Göy dişli» Harald, Sven Tveskaaq, «Qoca» Horm və «Dahi» Knudun məqbərələri yerləşib.

İdman.com.az saytı xəbər verir ki, Aggerin kürəyinin yuxarı hissəsində bu deyim yazılıb: «Mors Certa, Hora Incerta», yəni «həyatda ən məlum şey ölümdü, ən naməlum isə - saat».
Futbolçunun sol əlində Danimarkanın dövlət bayrağı olan bir neçə Dannebroq əks olunub. Biləyə yaxın ağlayın təlxək təsviri var. Bayraqların altından skandinav əsatirlərindən təkgözlü müdrik şamanın – Odinin şəkli görünür. Qocanın başı üzərində onun sadiq yoldaşları olan qarğalar Hugin və Munin var.

Sinəsinin sol tərəfində onun qardaşının və bacısının adları döyülüb. Biləyindəki yazı «Ağrı müvəqqəti, qələbə əbədidir» («Pain is temporary, victory is forever») mənasını verir.

Aggerin sağ çiynində də bir vikinq əks olunub. Onun üzərində «Remember You Will Die» i «Remember You are A Human Being», yəni «Unutmayın ki, Siz nə vaxtsa öləcəksiniz» və «Unutmayın ki, Siz insansınız» sözləri yazılıb.
Aggerin son döyməsi «Liverpul»a həsr olunub.

Xəbər 1096 dəfə oxundu.