AFFA ilin ən yaxşılarını müəyyənləşdirəcək
AFFA ənənəvi olaraq bu dəfə də ilin ən yaxşılarını müəyyənləşdirəcək. İlk dəfə 2009-cu ildə belə addım atan assosiasiya 4-cü dəfə ilin laureatlarını seçəcək.

Əsas, qadın, futzal və çimərlik futbolu millimizin ən yaxşısı 4-cü dəfə seçiləcək. Ən yaxşı qapıçı və millidə ən çox oyun keçirənlər isə 3-cü dəfə mükafat alacaq.

Artıq millidə ən çox oyun keçirən nominasiyasının ötənilki kimi 2 qalibi olduğu bəllidir. Bunlar Ruslan Abışov və Rauf Əliyevdir.

Əvvəlki illərin mükafatlarına gəlincə, Kamran Ağayev 3, Rəşad Sadıqov, Vitali Borisov və Elvin Quliyev hərəyə 2 dəfə tədbirdə qalib olub. Ötən ilin ən yaxşısı Rauf Əliyev də ən çox oyun keçirdiyi üçün 2-ci mükafatını alacaq.

Əsas millinin ən yaxşısına gəlincə isə ardıcıl 3 dəfə “Qarabağ”ın futbolçuları fərqlənib. Əvvəl Vaqif Cavadov, sonra Rəşad Sadıqov və ötən il Rauf Əliyev. Ağdam təmsilçisinin bu hegemonluğuna son qoyulub-qoyulmayacağı isə dekabrın 17-də bilinəcək.

İlk dəfə tədbir “Sevda”da baş tutacaq. İlk 2 ildə “Landmark”, ötən il isə “ART Garden” restoranı ən yaxşılara qucaq açmışdı.

Yığmanın ən yaxşı oyunçusu
2009. Vaqif Cavadov
2010. Rəşad Sadıqov
2011. Rauf Əliyev

Yığmanın ən yaxşı qapıçısı
2009. Kamran Ağayev
2011. Kamran Ağayev

Millidə ən çox oyun keçirən
2010. Mahir Şükürov
2011. Rəşad Sadıqovla Kamran Ağayev

Qadın yığmasının ən yaxşı oyunçusu
2009. Ana Ələkbərova
2010. Jalə Məmmədova
2011. Əminə Heydərova

Futzal yığmasının ən yaxşı oyunçusu
2009. Rizvan Fərzəliyev
2010. Vitali Borisov
2011. Vitali Borisov

Çimərlik yığmasının ən yaxşı oyunçusu
2009. Elvin Quliyev
2010. Emin Kürdov
2011. Elvin Quliyev

Xəbər 1325 dəfə oxundu.