“Bakı” bir futbolçusu ilə yollarını rəsmən ayırıb
“Bakı” bir futbolçusu ilə yollarını rəsmən ayırıb. Yunan hücumçu Vangelis Mantsios artıq Yunanıstana qayıdıb.
Qeyd edək ki, 29 yaşlı futbolçu paytaxt klubuna bu yay transfer olunmuşdu. Amma ümidləri doğrultmayan forvard zəif çıxışı səbəbindən əvəzedici komandaya göndərilmişdi. Bununla barışmayan Mantsios isə “Bakı”dan getməyə qərar verib. Artıq tərəflərin qarşılıqlı razılıq əsasında müqaviləyə xitam verdikləri bildirilir.

Xəbər 869 dəfə oxundu.