Bu gün Topaz Premyer Liqasında XVII tura start veriləcək | |
Bu gün Topaz Premyer Liqasında XVII tura start veriləcək. 3 gün davam edəcək tur Lənkəranda başlayacaq. Azarkeşlərin ilk oyun günündə izləyəcəyi yeganə qarşılaşma “Xəzər Lənkəran” və “Neftçi” arasında olacaq. Prinsipial rəqiblərin növbəti dueli ərəfəsində komandalar yenə qonşu pillələrdə qərarlaşıb. Son 2 mövsümdə ilk 2 pilləni tutan rəqiblər bu dəfə zirvədən nisbətən uzaqdadır. 5-ci olan “Neftçi” hələ də potensial liderdir. Bakılılar yalnız uduzacağı halda, itirilən xallara görə “İnter”lə bərabərləşəcək. Qalib gələcəyi halda isə ən azı 1 günlük “dördhakimiyyətli”lik yaşanacaq. Bu halda “Neftçi” yalnız 4-cü olacaq, “Qarabağ” isə zirvədə qalacaq. Əslində, “ağ-qaralar” mövsümdə ilk dəfə heç-heçə edərsə belə, 4-cü pilləyə yüksələ bilər. Lakin qonaqların xal qazanması “Xəzər Lənkəran”ın planlarına daxil deyil. Cənublular ilk dövrədə uduzduğu rəqibini udmalıdır ki, ona çatsın. Əks halda Karles Martorellin yetirmələri turnir cədvəlində 1 pillə də geriləyə bilər. Növbəti turda “Qarabağ”la çətin oyunu olacaq lənkəranlılar qış fasiləsinə zirvədən çox uzaqda yollanmamaq üçün hər 2 matçda maksimum nəticə göstərməlidir. Bunun üçün ilk addım isə “Neftçi” ilə görüşdə atılmalıdır. 14 dekabr (cümə) 16:00. “Xəzər Lənkəran” – “Neftçi” Hakimlər: Fariz Yusifov, Azər Əsgərov, Rza Məmmədov, Ramiz Məhərrəmov Lənkəran şəhər mərkəzi stadionu |
|
Xəbər 928 dəfə oxundu. |
|
|