Bekhemin yeni biznes fəaliyyəti
«Los Anceles Qalaksi»dəki karyerasını başa vuran ingilis futbol ulduzu Devid Bekhem Britaniyaya tək futbol oynamaqdan ötrü dönmək fikrində deyil. İdman.com.az saytının məlumatına görə, burada o, yeni biznes fəaliyyətinə də qoşulmaq niyyətindədir.

Futbolçu Londonda tanınmış aşpaz Qordon Remzi ilə birgə restoran açmaq fikrindədir. Beks bu barədə mətbuata belə açıqlama verib: «Bizim müəyyən planımız var. Biz yaxın dostların və səbrsizliklə yeni layihəmizin həyata keçiriləcəyi günü gözləyirik. Düşünürəm ki, bu, tezliklə olacaq. Restoranın açılışının özü bir biznesdi. Bu, çox maraqlı bir məşğuliyyətdir».

Xəbər 1107 dəfə oxundu.