“Qalatasaray”ın nümayəndə heyəti Bakıya gəlib
“Qalatasaray”ın nümayəndə heyəti Bakıya gəlib. Klubun İdarə Heyətinin üzvü Abdulrahim Albayrak başçılıq etdiyi nümayəndə heyətini gətirən təyyarə bir qədər əvvəl Heydər Əliyev adına beynəlxalq hava limanına enib.
Nümayəndə heyətinə Abdulrahim Albayrakla yanaşı klubun bir neçə texniki işçisi daxildi. Onlarla birlikdə “GS TV”nin çəkiliş qrupu da Bakıya gəlib. “Qalatasaray”lı nümayəndələr bu gün “GSstore”nin açılış mərasimində iştirak edəcək.

Xəbər 874 dəfə oxundu.