Hollandiya millisinin voleybolçusu karyerasını bitirib
Son 2 mövsümdə “İqtisadçı”da oynayan Hollandiya millisinin voleybolçusu Alisa Blom karyerasını bitirib. Yığmasının heyətində 185 matç keçirən oyunçu Bakıdan qayıtdıqdan sonra bir daha meydana çıxmayacağını bildirib.

Blomun karyerasını bitirməyində yaş amili də rol oynayıb.

Qeyd edək ki, 1980-cı il təvəllüdlü Alisa “İqtisadçı” ilə 2010/2011 mövsümündə Super Liqanın bürünc medalını qazanıb.

Xəbər 886 dəfə oxundu.