Orxan Aydının “Beşiktaş”la oyuna çıxması sual altına düşüb
“Aliağa Petkim”in şərəfini qoruyan Azərbaycan yığmasının basketbolçusu Orxan Aydının Türkiyə çempionatında “Beşiktaş”la oyuna çıxması sual altına düşüb. Bu barədə məlumatı klubun baş məşqçisi Burak Bıyıktay verib.

O bildirib ki, “ağ-qaralar”la duel öncəsi hər şey qaydasında getsə də, yeganə problem Orxanın hələ də zədədən əziyyət çəkməsidir. Bunun üçün onun meydana çıxması gözlənilmir.

Qeyd edək ki, 13 xalla turnir cədvəlində 8-ci yerdə qərarlaşan “Aliağa Petkim”i “Beşiktaş” 1 xal qabaqlayır. Qarşılaşma dekabrın 16-da olacaq.

Xəbər 987 dəfə oxundu.