İngiltərənin iki böyük klubu futbolçularını dəyişə bilər
İngiltərənin iki böyük klubu futbolçularını dəyişə bilər. “Arsenal”ın Teo Ualkottu “Mançester Yunayted”dən Nani ilə dəyişməsi gözlənilir.
“Arsenal”la yeni müqavilə imzalamaqdan imtina edən Ualkottu “Mançester Yunayted”, “Mançester Siti”, “Çelsi” və “Liverpul” istəyir. Nani isə artıq Aleks Ferqyusonun gözündən düşüb və komandadan gedəcəyi gözlənilir. Belə bir məqamda Ualkottu pulsuz itirmək istəməyən “Arsenal” onu “Mançester Yunayted”ə verib, Nanini heyətinə qatmaq istəyir.

Xəbər 769 dəfə oxundu.