“Simurq” 2 futbolçusu ilə yollarını ayıra bilər
“Simurq” qış fasiləsində iki futbolçusu ilə yollarını ayıra bilər. Zaqatala klubunun vidalaşmağa hazırlaşdığı futbolçular legionerdir.

Belə ki, serb Nenad Stoyanoviç və braziliyalı Anderson Oliveyranın komandadan gedişi gözlənilir. Yay transfer dövrünün son günlərində heyətə qatılan futbolçular əsas heyət üzvü hesab olunmur və baş məşqçi Georgi Çixradze onları əsasən matçın gedişində meydana buraxır.

Qeyd edək ki, 33 yaşlı Nenad Stoyanoviç “Simurq”da 13 oyun keçirib və bunlardan yalnız 6-da start heyətində yer alıb. O, əvvəllər Serbiyanın “Srvena Zvezda”, “Voyvodina”, Belçikanın “Genk” və başqa klublarında çıxış edib. 31 yaşlı Anderson Oliveyra “Simurq”da keçirdiyi 11 oyunun 5-də start heyətində yer alıb. Portuqaliyalı bundan əvvəl Portuqaliyanın “Vitoria”, Rumıniyanın “Vasluy” və başqa klublarda top qovub.

Xəbər 877 dəfə oxundu.