Bu gün "Qalatasaray"ın rəsmi mağazasının açılışı olacaq
Bu gün paytaxtımızda "Qalatasaray"ın rəsmi mağazasının açılışı baş tutacaq. "Galatasaray Store" adlı mağazada tanınmış "Nike" firmasının istehsalı olan orijinal klub formaları və digər simvolikalar satılacaq.

Saat 16:00-da başlanacaq mərasimin təntənəli açılışında İstanbul klubunun İdarə Heyəti üzvü Abdurrahim Albayrak, “Cim-Bom”un bəzi indiki və veteran futbolçuları, baş məşqçi Fateh Terimin köməkçisi Həsən Şaş və digər şəxslərin qatılacağı gözlənilir.

Qeyd edək ki, "Galatasaray Store" mağazası hazırda Türkiyədə 41, Şimali Kipr Türk Cümhuriyyətində isə 1 yerdə fəaliyyət göstərir.

Xəbər 1171 dəfə oxundu.