Volkan Dəmirəl “Fənərbaxça TV”yə maraqlı açıqlamalar verib
“Fənərbaxça”nın təcrübəli qapıçısı Volkan Dəmirəl “Fənərbaxça TV”yə maraqlı açıqlamalar verib. “Qalatasaray” klubu ilə keçirəcəkləri derbi oyunu öncəsi rəqib qapıçı Fernando Muslera ilə bağlı maraqlı fikirlər söyləyib.

Ötən mövsüm verdiyi müsahibədə Musleranın ondan daha yaxşı qapıçı olduğunu söyləyən “sarı-lacivərdli” oyunçu bu dəfə fikirlərini belə izah edib: “Muslera ilə özümü müqayisə etmərəm. Hər kəsin özünə aid üslubu var. O, da çox yaxşı qapıçıdı. Heç kim bu məsələ ilə bağlı danışmamalıdı. Keçən mövsüm verdiyim açıqlamada o, məndən daha az qol buraxmışdı. Ona görə mən də dedim ki, o, məndən daha yaxşıdı. Amma indi aramızda fərq axtaranlara etiraz edərəm. Məncə, belə bir müqayisə aparılması düzgün deyil”.

Xəbər 1005 dəfə oxundu.