Arçi Tompson futbol tarixinə düşüb
Avstraliya milli komandasının futbolçusu Arçi Tompson futbol tarixinə düşüb. 34 yaşlı futbolçu yığmaların beynəlxalq matçlarında ən qısa zaman kəsiyində het-trik edən oyunçu olub.
Bu, Cənub-Şərqi Asiya turnirində baş verib. Avstraliyanın Quam futbolçularını 9:0 hesabı ilə udduğu oyunda Tompson 7 dəqiqəyə 3 qol vurub. Meydana 2-ci hissədə daxil olan hücumçu 59-65-ci dəqiqələrdə het-trik edib.

Qeyd edək ki, Arçi yığmaların beynəlxalq oyunlarında 1 matça ən çox qol vuran futbolçudur. O, 2001-ci ildə Amerika Samoası (31:0) ilə görüşdə 13 dəfə fərqlənmişdi.

Xəbər 847 dəfə oxundu.