İspaniyalı tennisçi Rafael Nadal kortlara yenidən qayıdır
İspaniyalı tennisçi Rafael Nadal kortlara yenidən qayıdır. Dizindəki zədə səbəbi ilə 6 aydır turnirlərdən kənarda qalan 26 yaşlı tennisçi, Əbu-Dabidə təşkil ediləcək yarışa qatılacaq.

Artıq özünü yaxşı hiss edən Rafael, məşqlərə 8 gündən sonra Malyoyka şəhərində start verəcək. Burada o, həm məşqçisi həm də əmisi olan Toni Nadalın nəzarəti altında olacaq.

Qeyd edək ki, Novak Cokoviç və Endi Murreyin də iştirak edəcəyi Əbu-Dabidə turniri dekabrın 27-də başlayacaq.

Xəbər 1055 dəfə oxundu.