AFFA İntizam Komitəsinin növbəti iclası keçirilib
AFFA İntizam Komitəsinin növbəti iclası keçirilib. Komitə üzvləri I divizionun XII turunda qeydə alınan qayda pozuntularına hüquqi qiymət verib.
“Energetik” – “Bakılı” matçının 63-cü dəqiqəsində “Bakılı”nın futbolçusu Rafiq Əliyev sonuncu ümud foluna görə birbaşa qırmızı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün futbolçu 1 oyunluq cəzalandırılıb, klubu 20 manat cərimə olunub. Oyunun 75-ci dəqiqəsində “Energetik”in futbolçusu Samir Əliyevlə “Bakılı”nın futbolçusu İzzətəli Süleymanov aqressiv hərəkətə görə birbaşa qırmızı vərəqə alaraq meydandan kənarlaşdırıldıqları üçün 4 oyunluq cəzalandırılıb, hər bir klub 400 manat cərimə olunub.
“Şahdağ” “Şuşa”, “Tərəqqi” “Qaradağ”, “Şəmkir” “Qala” ilə oyunda 4 futbolçusu sarı vərəqə aldığından 100 manat cəriməlinb.

Xəbər 916 dəfə oxundu.