Əli Gökdəmir Almaniyada növbəti oyununu keçirib
Mİlli komandamızın üzvü Əli Gökdəmir Almaniyada növbəti oyununu keçirib. Onun çıxış etdiyi “Hannover 96″nın ikinci komandası Regional Liqada ilin son oyununa çıxıb.
Hannorver təmsilçisi “Holştayn”ın qonağı olub. 0:3 hesabı ilə yeri düşən “Hannover 96″ türk futbolçu Deniz Kadah 70-79-cu dəqiqələrdə vurduğu qollarla fərqi minimuma endirsə də, bundan artığına gücü çatmayıb və 2:3 hesabı iolə yenilib.
Meydana start heyətində çıxan Gökdəmir matçı bitirə bilməyib. Belə ki, 90-cı dəqiqədən sonra iki sarı vərəqə alan millimizin üzvü qovulub. 58-ci dəqiqədə Kevin Behrens qırmızı vərəqə aldığından “Hannover 96″ı matçı 9 nəfərlə bitirib.
Bu məğlubiyyət “Hannover 96″nın liderliyinə son qoyub. “Holştayn” xallarının sayını 45-ə yüksəldərək zirvəyə qalxıb. “Hannover 96″ isə 42 xalla ikinci pillədə qərarlaşıb. Əlinin komandası növbəti oyununu 2013-cü ilin 2 fevralında evdə “Meppen”ə qarşı keçirəcək.

Xəbər 900 dəfə oxundu.