İngiltərə Premyer-Liqasının XVI turu “Çelsi” üçün uğurlu olmayıb
İngiltərə Premyer-Liqasının XVI turu “Çelsi” üçün uğurlu olmayıb. Səfərdə “Sanderlend”in qonağı olan “zadəganlar” qələbə qazanmaqlarına baxmayaraq yarımmüdafiəçisini itirib.
Komandanın yarımmüdafiəçisi Oriel Romeu mövsümün sonuna qədər sıradan çıxıb. 21 yaşlı futbolçu xaçvari bağlarını qırıb və meniskini zədələyib. Gənc futbolçunun təxminən 6 ay meydanlardan uzaq qalacağı gözlənilir.

Xəbər 914 dəfə oxundu.