Premyer Liqada “üçhakimiyyətlik”dir
Bu gün Topaz Premyer Liqasında XVI tura yekun vurulub. İdman.com.az saytının məlumatına görə, 4 gün davam edən tur 2 qarşılaşma ilə yekunlaşıb.

Əvvəlcədən bu günə 3 qarşılaşma planlaşdırılmışdı. Lakin “Turan” – “Bakı” oyunu təxirə salındığından azarkeşlər 2 oyuna şahid olublar. Günün ilk qarşılaşması Zaqatalada baş tutub. Liderlər sırasında olan “Simurq” öz meydanında “Xəzər Lənkəran”ı qəbul edib.

Zirvəni ələ keçirmək imkanı olan “Simurq” buna yaxın olsa da sonda qələbəni əldən verib. Belə ki, 2 top fərqi ilə geridə olan “Xəzər Lənkəran” matçın sonlarında bərabərliyə nail olub.

Bu heç-heçədən sonra turnir cədvəlində üçhakimiyyətlilik yaranıb. Şəxsi oyunlardakı göstəricilərə əsasən “Qarabağ” zirvəyə qayıdıb. “Simurq” isə elə 3-cü pillədə qalıb.

Həm “İnter”, həm də “Simurq”un xal itirməsi daha çox “Neftçi”nin işinə yarayıb. Son 2 mövsümçün çempionu paytaxt derbisində “Rəvan”ı məğlub etməklə liderlərə bir az da yaxınlaşıb. Ehtiyatda 3 oyunu olan “ağ-qarlar” “üçlük”dən cəmi 3 xal geri qalır.

Topaz Premyer Liqası. XVI tur
10 dekabr

“Simurq” – “Xəzər Lənkəran” - 2:2
Qol: Murad Səttarlı,15; Marçin Burkhardt, 67 - Elnur Abdullayev, 72; Aleksandr Şemonayev - öz qapısına, 90+4
Qırmızı vərəqə: Ruslan Abışov, 48
Hakimlər: Əliyar Ağayev, Mehman Mahmudov, Munis Abdullayev, Feyzulla Feyzullayev
Zaqatala şəhər stadionu

“Neftçi” – “Rəvan” - 2:0
Qol: Mirhüseyn Seyidov, 43; Nikolas Kanales, 63
Hakimlər: Anar Salmanov, Mübariz Haşımov, Yaşar Abbasov, Elvin Əsgərov
8-ci kilometr stadionu

Xəbər 953 dəfə oxundu.