Karles Martorell nə dedi?
“Oyun çox çətin oldu, azarkeşlər maraqlı qarşılaşma izlədilər”. İdman.com.az saytının məlumatına görə, bu sözü “Xəzər Lənkəran” klubunun baş məşqçisi Karles Martorell deyib.

İspaniyalı mütəxəssis Topaz Premyer Liqasının XVI turunun “Simurq”la səfər oyunu (2:2) haqda fikrini açıqlayıb:

“İkinci topu qapımızdan buraxsaq da, komandamız yaxşı oynadı. Yekunda hesabı bərabərləşdirə bildik. “Simurq” klubuna qarşıdakı oyunlarda uğurlar arzulayıram”.

Xəbər 903 dəfə oxundu.