Bu gün Topaz Premyer Liqasında XVI tura start yekun vurulacaq
Bu gün Topaz Premyer Liqasında XVI tura start yekun vurulacaq. 4 gün davam edəcək turun son günündə 2 qarşılaşma baş tutacaq.

Əvvəlcədən bu günə 3 qarşılaşma planlaşdırılmışdı. Lakin “Turan” – “Bakı” oyunu təxirə salındığından azarkeşlər 2 oyuna şahid olacaq.

Günün ilk qarşılaşması Zaqatalada baş tutacaq. Liderlər sırasında olan “Simurq” öz meydanında “Xəzər Lənkəran”ı qəbul edəcək. Qalib gələcəyi halda vahid lider olacaq şimallılar heç-heçə etməklə üçhakimiyyətliliyə səbəb olacaq. “Xəzər Lənkəran” isə 3 xal əldə etməklə 5-ci pilləyə yüksələcək. Həm də növbəti turun “Neftçi” ilə oyunu ərəfəsində cənubluların düşərgəsində əhval-ruhiyyə yüksələcək.

Dekabrın 14-dəki “Böyük oyun” öncəsi “Neftçi” paytaxt derbisində qüvvəsini sınayacaq. Son çempion I dövrədə uduzduğu “Rəvan”la üz-üzə gələcək.

10 dekabr

16:00. “Simurq” – “Xəzər Lənkəran”
Hakimlər: Əliyar Ağayev, Mehman Mahmudov, Munis Abdullayev, Feyzulla Feyzullayev
Zaqatala şəhər stadionu

18:00. “Neftçi” – “Rəvan”
Hakimlər: Anar Salmanov, Mübariz Haşımov, Yaşar Abbasov, Elvin Əsgərov
8-ci kilometr stadionu

Xəbər 875 dəfə oxundu.